Ballıca sakini: Xocalını tərk edəndə körpə olmuşam, bu gün yurduma övladlarımla qayıdıram …
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. "Ailəmiz Xocalını tərk edəndə mən altı aylıq körpə olmuşam.
Bu gün doğma yurduma övladlarımla qayıdıram. Bu, çox qürurlu hissdir”. Bunu APA-ya bu gün Ballıcaya köçən sakin Göyçək Rüstəmova bildirib.
Babası və bir neçə qohumu Xocalıda ermənilər tərəfindən qətlə yetirilən Göyçək Rüstəmova indiyədək Gəncə şəhərində yaşadığını deyib: “Heç vaxt ümidimizi itirmədik.
Dönəcəyimizə inanırdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün qazilərimizə, o cümlədən qardaşıma can sağlığı arzulayıram.
Allah dövlətimizi, Prezidentimizi qorusun". Xatırladaq ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola düşüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu