Ballıcaya növbəti köç olub | Icma.az
Icma.az, Mia.az saytına istinadən bildirir. Bu gün Xocalı rayonunun Ballıca kəndinə növbəti köç olub.
Mia.az xəbər verir ki, köç karvanı Ağdam rayon ərazisindəki nəzarət-buraxılış məntəqəsindən 22 ailədən ibarət 95 nəfər olmaqla yola salınıb.
Doğma yurdlarına köçən Ballıca sakinləri Azərbaycanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələ də daxil olmaqla, Ballıcaya ümumilikdə köçürülən ailələrin sayı 112-ə (562 nəfərə) çatıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu