Ballistik raketlər işə düşdü: Hindistan 3 şəhəri vurdu

07.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Hindistan Pakistanın müxtəlif bölgələrinə raket zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.

Qeyd olunur ki, hücumlar Bəxvalpur, Kotli və Müzəffərabad şəhərlərinə yönəlib.

Hindistanın ballistik raketlərdən istifadə etdiyi bildirilir. Hücumun hansı səbəbdən həyata keçirildiyi açıqlanmasa da, hadisə regionda gərginliyi xeyli artırıb.

Pakistan rəsmiləri bu hücumu “əsassız təcavüz” adlandıraraq, cavab tədbirləri görəcəklərini bəyan ediblər. Rəsmi İslamabad Hindistanın bu addımına qarşılıqsız qalınmayacağını vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью