Baloğlan Əşrəfovun oğlu: “Atamın adı Lürən kəndində küçəyə verilib”

27.11.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mərhum Xalq artisti Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov atasının adının Masallı rayonunun Lürən kəndində küçələrdən birinə verilməsinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, o, bu qərarın özü üçün gözlənilməz və son dərəcə xoş sürpriz olduğunu qeyd edərək təşəbbüsün müəlliflərinə və həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Peyman Əşrəfov vurğulayıb ki, bu addım onun üçün sadəcə bir küçəyə atasının adının verilməsi deyil, illər boyu çəkilən zəhmətə, sənətə, musiqiyə və xalqın qəlbində qazanılan sevgiyə göstərilən böyük dəyərdir.

O, həmçinin Baloğlan Əşrəfovun sənətini sevən, mahnıları ilə böyüyən və onun ifalarında öz duyğularını, xatirələrini tapan bütün sənətsevərləri təbrik edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью