Baloqunun cəzasını təkbaşına ləğv edib FIFA da qalmaqallı qərar

13.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvi ilə bağlı qərarın necə qəbul edildiyi məlum olub.

"The Sunday Times" nəşrinin yaydığı məlumata görə, qərarı FIFA İntizam Komitəsinin sədri Məhəmməd Əl-Kamali təkbaşına qəbul edib.

Bildirilib ki, işə cəlb olunması nəzərdə tutulan komitənin digər 17 üzvündən heç biri qərarın qəbulunda iştirak etməyib. Baloqunun bir oyunluq cəzasının ləğvi yalnız Əl-Kamalinin imzası ilə rəsmiləşdirilib.

Xatırladaq ki, Folarin Baloqun dünya çempionatının 1/8 finalında aldığı qırmızı vərəqəyə görə avtomatik cəzalanmalı idi. Lakin FIFA sonradan futbolçunun cəzasını şərti xarakterə çevirərək onun 1/4 final matçında meydana çıxmasına icazə verib. Bu qərar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, qərardan əvvəl ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantino ilə telefonla danışaraq Baloqunun qırmızı vərəqə və cəzasına yenidən baxılmasını istəyib.

Tramp daha sonra qərarın dəyişdirilməsində rol oynadığını bildirib. İnfantino isə FİFA-nın İntizam Komitəsinin müstəqil fəaliyyət göstərdiyini bəyan edib.

İtaliya millisində yeni təyinat - RƏSMİ Ferran Torres PSJ-yə keçir? İspaniya millisinin üzvü “Milan”ın radarında Derri müqavilə bağladı: İcarəyə göndərildi DÇ-2026-da yarımfinal cütləri bəlli oldu - Nəhənglər üz-üzə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью