Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda azad agent olan Mario Balotelli gələcək planlarından danışıb.
İdmanxeber.az xəbər verir ki, 35 yaşlı hücumçu İtaliyada komanda tapmaq istədiyini bildirib:
“Müstəqil şəkildə məşq edirəm və formadayam. Bir neçə təklifim var, amma tələsmirəm. Yanvara qədər gözləyəcəyəm”.
Qeyd edək ki, Balotellinin son klubu “Cenoa” olub. O, daha əvvəl “İnter”, “Mançester Siti”, “Liverpul” və “Milan”da da çıxış edib.