Balotellinin yeni komandası bəlli oldu

23.01.2026

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya millisinin sabiq futbolçusu Mario Balotellinin yeni komandası bəlli olub.

"Unikal" xəbər verir ki, 35 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İttihad” klubuna keçib.

Tanınmış oyunçu II Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. O, son olaraq ölkəsində “Cenoa”nın formasını geyinib.

Qeyd edək ki, Mario Balotelli “İnter”, “Milan”, “Mançester Siti” və “Liverpul” kimi tanınmış komandalarda çıxış edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью