futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyalı hücumçu Mario Balotelli sabiq klubu “Adana Demirspor”a qarşı etdiyi şikayət təmin olunub.
Futbolpress.az xəbər verir ki, forvard maaşlarını ala bilmədiyi üçün etdiyi məhkəmə müraciətini qazanıb. Bu barədə jurnalist Alfredo Pedulla məlumat yayıb.
“Adana Demirspor” Balotelliyə 3 milyon 150 min avro təzminat ödəməlidir.
Forvard 2023-cü ilin sentyabrından 2024-cü ilin yayına kimi Türkiyə təmsilçisinin formasını geyinib.