Balqabaq tumunun insan orqanizminə faydaları | Icma.az
Icma.az bildirir, Saglamolun portalına istinadən. Balqabaq tumunun tərkibi E vitamini, fosfor, sink, dəmir, kalsium, maqnezium və natrium ki
Gecə yatmazdan əvvəl istehlak edildikdə hüceyrələrin bərpası funksiyalarını artırır.
Sağlamolun.az bildirir ki, maqnezium bədəndəki 300-dən çox fermentin reaksiyasında mühüm rol oynayır.
Bu vəzifələrə qidanın həzm edilməsi, yağ turşularının və zülalların sintezi daxildir.
Eyni zamanda maqnezium əzələlər və sümüklərin sağlamlığı üçün də olduqca faydalıdır.
Orqanizmdə maqnezium çatışmazlığı ürək xəstəliklərinə səbəb ola bilər.
İki xörək qaşığı balqabaq tumunda 74 milliqram maqnezium var, bu da insan orqanizminin gündəlik maqnezium ehtiyacının 25 faizini ödəyir.
Balqabaq tumunun tərkibindəki yağlar maddələr mübadiləsinin düzgün işləməsini və hormon balansının saxlanmasını təmin edir, eyni zamanda uzun müddət tox saxlayır.
Tam oxu
Xəbəri oxu