Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağadadaş Ağayev belə hərəkət edirsə, görün gənc müğənnilər, hacılar üstə dalaşan müğənnilərin və digər manısların vəziyyəti nə yerdədir“Bu kriminal hadisə bir daha sübut edir ki, son illərdə cəmiyyətdə mövcud olan gərginlik, ictimai və sosial həyatımızdakı dəyişkənlik sadə insanlarla yanaşı tanınmış insanların həyatında da böyük iz buraxa bilir”“Balta işi” nəhayət yekunlaşıb.
İctimaiyyətin bir müddətdir diqqət kəsildiyi məhkəmə prosesi - Xalq artisti Ağadadaş Ağayev və “MedEra” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesində hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti hesab edilməklə cəza şərti hesab olunub.
Həmçinin A.Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “MedEra” hospitalın mühafizəçisi Nurəddin Cəlilova da Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Nurəddin Cəlilov 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.