Baltanın ölçülərini deyə bilərsiniz? Ağadadaş Ağayev şahidə sual verdi | Icma.az
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində ifadə verən “MedEra Hospital”da tibb bacısı vəzifəsində çalışan Aynurə Paşazadə iş otağında olarkən söyüş səsləri eşitdiyini bildirib: “Təhvil sənədlərini almaq üçün birinci mərtəbədə qeydiyyat masasına yaxınlaşdım.
Ağadadaş Ağayev həmin gecə hospitalda əməliyyat olunub. Bu barədə hospitalda qeydiyyat da var.
Bu zaman mühafizəçi təcili yardıma yaxınlaşdı. Üz nahiyəsindən zədə almışdı. O, qeydiyyata alındı və ona yardım edildi”.
“Hadisə mən durduğum yerdən görünürdü. Ağadadaş Ağayev balta atdı.
Balta içəridə vedrəyə, ordan da Nəzakət xanımın ayağına dəydi”-, deyərək o, əlavə edib Təqsirləndirilən Ağadadaş Ağayevin şahidə baltanın ölçüsü və rəngi barədə verdiyi suala Aynurə Paşazadə baltanın orta ölçüdə olduğunu, lakin hadisədən uzun müddət keçdiyi üçün rəngini xatırlamadığını qeyd etdi.
Tam oxu
Xəbəri oxu