Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baltik ölkələrinin müdafiə nazirləri Tallində birgə hərbi hərəkətlilik məkanının yaradılması barədə razılaşma imzalayıblar.
APA xəbər verir ki, bu barədə LRT Litvanın Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"Bugün imzalanan Baltik Regionu üzrə hərbi hərəkətlilik razılaşması o deməkdir ki, ehtiyac yaranarsa, Litva hərbi texnikası Riqanı müdafiə etmək üçün sərbəst hərəkət edə biləcək, Estoniya artilleriyası Vilnüsü dəstəkləmək üçün hərəkət keçəcək, Latviya qoşunları isə Tallini gücləndirmək üçün hərəkət edəcək və əksinə", - Litvanın Milli Müdafiə naziri Robertas Kausas bildirib.
Nazir bu razılaşmanın bürokratik əngəlləri aradan qaldırmağa imkan verəcəyini deyib.
"Fövqəladə hallarda hər saat vacibdir – bürokratik maneələr bizim müdafiəmizi yavașlatmamalıdır. Baltik ölkələri artıq heç vaxt kiminsə arxa cəbhəsi olmayacaq. Biz NATO-nun şərq cinahının sahibləriyik və NATO-nun müdafiə planlarının həyata keçirilməsinə ciddi yanaşırıq", – o vurğulayıb.