Baltikyanı ölkələrdə NATOnun təlimləri başlayıb

18.11.2024

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

Finlandiya və Baltikyanı ölkələrdə NATO Hərbi Hava Qüvvələrinin (HHQ) təlimlərinə start verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, təlimlərə ABŞ, Fransa, Almaniya, Danimarka, İsveç və Estoniya silahlı qüvvələrini təmsil edən ümumilikdə 30-a yaxın hərbi gəmi, təchizat və yardımçı gəmilər, nəqliyyat katerləri, o cümlədən ümumilikdə 4 min nəfərə yaxın sahil və quru qoşunları cəlb olunacaq.

Təlimin məqsədi dəniz nəqliyyatının mühafizəsi, sualtı infrastrukturun monitorinqi və Baltik dənizində beynəlxalq dəniz əməliyyatlarını təcrübədən keçirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью