Baltikyanı ölkənin Avropanın elektrik şəbəkəsinə qoşulması Rusiyanın enerji şantajından az…
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baltikyanı ölkələr (Litva, Latviya və Estoniya), nəhayət, Rusiyanın rəhbərlik etdiyi BRELL (Belarus, Rusiya, Estoniya, Latviya, Litva) elektrik şəbəkəsindən ayıraraq Avropa şəbəkəsinə qoşulub.
Baltikyanı ölkələrin Rusiya enerji asılılığından çıxması Latviya, Litva və Estoniya kontinental Avropa şəbəkəsinə qoşulan son Aİ ölkələri oldu.
Baltikyanı ölkələr kontinental Avropa sinxron zonasına Litva-Polşa elektrik ötürücü xətti olan “LitPol Link” vasitəsi ilə qoşulub.
“BRELL” uzun müddət iştirakçı ölkələrin sabit enerji təchizatını təmin edib.
Lakin geosiyasi vəziyyət və enerji muxtariyyəti istəyi, eləcə də Rusiya ilə Ukrayna arasında münaqişə Baltikyanı ölkələrin bu şəbəkədən uzaqlaşmasına səbəb olub.
Baltikyanı ölkələr Rusiyadan kommersiya və balans elektrik enerjisi almaqdan hələ 2022-ci ildə imtina etmişdi, lakin “BRELL” daxilində sərhəd elektrik xətləri vasitəsilə kiçik həcmdə texniki elektrik enerjisinin axını hələ də həyata keçirilirdi.
Aİ şəbəkəsi ilə sinxronlaşma 18 il çəkdi Üç ölkənin elektrik şəbəkəsinin Aİ şəbəkəsi ilə Sinxronlaşdırmasını hazırlamaq 18 il çəkdi.
Tam oxu
Xəbəri oxu