Bamba qızıl kəməri qazanandan bir həftə sonra dünyasını dəyişdi

28.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

90,71 kq çəki dərəcəsində Ümumdünya Boks Assosiasiyasının (WBA Gold) qızıl kəmərini qazanmış Pol Bamba həyatla vidalaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı 35 yaşlı idmançının meneceri Şaffer Smit açıqlayıb.

Qızıl kəməri qazandıqdan bir həftə sonra vəfat edən boksçunun ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, Bamba dekabrın 21-də meksikalı Rohelio Medina Lunaya qarşı döyüşün 6-cı raundunda texniki nokautla qalib gələrək WBA-nın qızıl kəmərini qazanmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью