BAMF ın nümayəndə heyəti BMT nin Cenevrə ofisində Fotolar

25.03.2025

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT-nin İnsan Hüquqları şurasının 58-ci Sessiyasında iştirak etmək və sessiya çərçivəsində BAMF-ın yan tədbirini təşkil etmək məqsədilə BMT-nin İsveçrənin Cenevrə şəhərində yerləşən qərargahına səfər edib.

BAMF-ın prezidenti Umud Mirzəyevin, Proqram departamentinin əməkdaşı John Ayomidenin və təşkilatın xüsusi nümayəndəsi Nik Nvolisanın iştirak etdiyi səfər çərçivəsində BMT rəsmiləri və Cenevrədə təmsil olunan QHT-lər ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, “Konflikt zonalarında uşaqların hüquqları” adlı yan tədbir BAMF-ın təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Bakı vaxtı ilə 27 mart, 18:00-da Cenevrə ofisinin 25-ci zalında keçiriləcək. Tədbirdə müasir dünyada münaqişələrin dağıdıcı təsirlərinə məruz qalan azyaşlıların, o cümlədən, ötən əsrin 80-ci illərinin sonunda öz doğma torpaqlarından deportasiya olunan və Birinci və İkinci Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью