Banan qabığı ilə yeyilməlidir. Mütəxəssislərdən tövsiyə

15.10.2026

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Ekspertlərin fikrinə görə, banan qabığı çox faydalıdır və onun tərkibində çoxlu miqdarda sağlamlıq üçün vacib vitamin və minerallar var.

Bunları nəzərə alaraq mütəxəssislər banan qabığını atmamağı tövsiyə edirlər. Ekspertlər qabığı qurutmağı və ya bişirməyi və sonra yeməyi məsləhət görürlər.

Saglamolun.az sizə banan qabığının faydalı xüsusiyyətlərini təqdim edir:

- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır

- ürəyin fəaliyyətini yaxşılaşdırır

- arterial təzyiqi tənzimləməyə kömək edir

- qanda xolesterolun və şəkərin səviyyəsini aşağı salır

- damarları qoruyur

- dəriyə müsbət təsir edir

- görməni yaxşılaşdırır

- orqanizmdən ziyanlı maddələri xaric edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью