Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “De Fendo” Vəkil Bürosunun vəkili Şahin Məmmədovu həbs edib.
Gununsesi.info–nun əldə etdiyi məlumata görə, buna səbəb adıçəkilən vəkilin dələduzluqda ittiham olunmasıdır.
Bildirilir ki, aparılan araşdırmalarda Şahin Məmmədovun ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq etməsi faktları üzə çıxıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Şahin Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Günay
Gununsesi.info