“Bandotdel” vətəndaşları hədələyən şəxsi həbs etdi

22.01.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloqer-jurnalist adı altında pul tələb edən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bir neçə şəxsin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью