Bank 40 cı filialını Göyçayda açdı

18.11.2025

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin rahatlığını və xidmətə əlçatanlığını artırmaq məqsədilə Göyçay şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.

Marja xəbər verir ki, sayca Bankın 40-cı filialı olan Göyçay filialı, müasir bank standartlarına uyğun infrastruktur, rahat müştəri zonası və yüksək xidmət keyfiyyəti ilə seçilir.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.

“40-cı filialın Bank üçün sadəcə rəqəm deyil — müştərilərin etimadının, bankın regionlara göstərdiyi dəyərin və davamlı inkişaf strategiyasının nəticəsi olduğunu” qeyd edən Bankın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Bankın yeni filialı – Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi 2D ünvanında fəaliyyət göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью