“Bank Avrasiya”dan bu qədər vəsaiti geri götürüblər BANKIN PORTFELİ KİÇİLİR

14.04.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin I rübündə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 109 milyon 905 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 6 milyon 427 min manat və ya 6% azdır.

Tribunainfo.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bankın depozit portfeli də 5 milyon 635 min manat və ya 9% kiçilərək 57 milyon 380 min manata düşüb.

Depozit portfelinin 54 milyon 209 min manatını fiziki şəxslərin əmanətləri, 3 milyon 171 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.

Fiziki şəxslərin əmanətləri 2 milyon 239 min manat və ya 4%, hüquqi şəxslərin depozitləri cəmi 3 milyon 396 min manat (2 dəfə) kiçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью