Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Bankın bağlanması əmanətçilər arasında vəsaitlərinin taleyi ilə bağlı narahatlıq yarada bilər. Bəs bankın bağlanması əmanətin itirilməsi deməkdirmi, hansı əmanətlər qorunan hesab olunur və əmanətçi kompensasiyanı əldə etmək üçün hansı prosedurdan keçməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Vəfa Qədirova bildirib ki, bankın bağlanması və ya lisenziyasının ləğv edilməsi əmanətçinin vəsaitini avtomatik olaraq itirməsi demək deyil.
Onun sözlərinə görə, əmanət qanunvericilikdə nəzərdə tutulan qorunan əmanət kateqoriyasına daxildirsə, bank üzrə sığorta hadisəsi baş verdikdə əmanətçiyə kompensasiya Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən ödənilir:
“Hazırda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya limiti 100 min manatdır. Qorunan əmanət üçün əsas şərtlər isə manatla yerləşdirilən əmanət üzrə illik faiz dərəcəsi 12%-dən yuxarı olmamalı, xarici valyutada yerləşdirilən əmanət üzrə illik faiz dərəcəsi 2,5%-dən yuxarı olmamalı, fiziki şəxsin qorunan əmanəti üzrə kompensasiya 100 min manatadək ödənilir.
Məsələn, bankda 80 min manat məbləğində, illik 10 faizlə qorunan əmanəti olan şəxs bank müflis olduqda ümumi qaydada həmin əmanət üzrə 80 min manatadək kompensasiya ala bilər.
Əmanətin məbləği 150 min manat olduğu halda isə, əmanət qorunan kateqoriyaya aid edilirsə, Fond tərəfindən ödənilən kompensasiya əsasən 100 min manatla məhdudlaşır. Qalan məbləğ bankın ləğvi prosesində kreditor tələbi kimi irəli sürülə bilər.
Bank bağlandıqda əmanətçi nə etməlidir?
ƏSF sığorta hadisəsi barədə məlumat aldıqdan sonra 7 təqvim günü ərzində kompensasiyanın ödəniləcəyi yer və vaxt barədə elan verir
Əmanətçi Fondun müəyyən etdiyi qaydada yazılı ərizə ilə müraciət etməlidir. Müraciət zamanı, bir qayda olaraq, şəxsiyyət vəsiqəsi, əmanət müqaviləsi, əmanət kitabçası və ya əmanəti təsdiq edən digər sənədlər təqdim olunur.
Fond ərizəni qəbul etdikdən sonra kompensasiyanı ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müəyyən müstəsna hallarda bu müddət daha 90 təqvim gününədək uzadıla bilər”.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Vəfa Qədirova bildirib ki, bankın bağlanması və ya lisenziyasının ləğv edilməsi əmanətçinin vəsaitini avtomatik olaraq itirməsi demək deyil.