“Bank BTB”nin balans kapitalı azalıb

11.08.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il iyulun 1-nə Azərbaycandakı 22 bankdan 4-nün balans kapitalı 500 milyon manatdan çox olub.

Metbuat.az Yurd.media-ya istinadən xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “PAŞA Bank” və “Xalq Bank”dır. Bu bankların cəmi balans kapitalı 5 milyard manata yaxın olub.

Hesabat tarixinə 14 bankın balans kapitalı 100 milyon manatdan 300 milyon manata qədər dəyişib, 4 bankın balans kapitalı isə 100 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 21-nin balans kapitalı artıb, 1-nin isə balans kapitalı azalıb. Balans kapitalını çox artıran bank “Yelo Bank” (30,5%), ən az artıran bank isə “Express Bank” (1,4%) olub.

İl ərzində “Bank BTB”nin balans kapitalı isə 5,5% azalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью