Bank burada sadəcə vasitəçi rolunu oynayır Ekspert

30.06.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 «Köhnələn və ya müəyyən dərəcədə zədələnən manat əskinasları banklar qəbul edərək Azərbaycan Mərkəzi Bankı vasitəsilə yenisi ilə əvəz edə bilirlər. Amma dolların sahibi Azərbaycan Mərkəzi Bankı deyil.  Dolların emissiyaçısı ABŞ Mərkəzi Bankıdır. Azərbaycan banklarının həmin əskinasları ABŞ-a göndərib dəyişdirməsi həm çətin, həm də məhdud imkanlara malik prosesdir”.

Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli  söyləyib. Ekspert qeyd edib ki, Mərkəzi Bank dollarla bağlı təminat vermir. Bank burada sadəcə vasitəçi rolunu oynayır: 

“Məhz bu səbəbdən banklar köhnə və ya zədələnən dollar əskinaslarını qəbul etməkdə ehtiyatlı davranırlar”.

Sevinc Qarayeva 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью