Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
“Kapital Bank” ASC-də işçilərin sayı artmaqda davam edir. Bankın açıqladığı məlumatlara əsasən, 1 iyul 2026-cı il tarixinə işçilərin sayı 5 981 nəfərə çatıb.
Marja.az xəbər verir ki, 1 yanvar 2026-cı ildə bankda 5 765 nəfər çalışırdı. Beləliklə, cari ilin ilk 6 ayı ərzində işçilərin sayı 216 nəfər və ya təxminən 3,7% artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rüblük dinamika göstərir ki, 1 aprel 2026-cı ildə işçilərin sayı 5813 nəfər olub. Aprel–iyun aylarında isə banka 168 nəfərlik xalis artım qeydə alınıb. Bu, təqdim olunan dövrdə ən yüksək rüblük artımdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə də artım nəzərəçarpandır. 1 iyul 2025-ci ildə “Kapital Bank”ın 5 724 işçisi var idisə, bir il sonra bu göstərici 257 nəfər və ya təxminən 4,5% artaraq 5 981 nəfərə yüksəlib.
Ümumilikdə, 1 yanvar 2025-ci ildən 1 iyul 2026-cı ilədək bankın işçilərinin sayı 5586 nəfərdən 5981 nəfərə yüksəlib. Bu dövrdə artım 395 nəfər və ya təxminən 7,1% təşkil edib.
İşçilərin sayının dinamikası:
Tarixİşçilərin sayı
01.01.20255 586
01.04.20255 654
01.07.20255 724
01.10.20255 768
01.01.20265 765
01.04.20265 813
01.07.20265 981