Bank kartından 603 manat oğurladı, tutuldu

18.01.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Paytaxtın Nizami rayonu ərazisində bir nəfərin bank kartından 603 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

Gununsesi.info DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью