Bank kartından pul oğurlayan saxlanılıb

13.12.2024

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının bank kartından 220 manatını oğurlamaqda şübhəli bilinən 39 yaşlı E.Bəxtiyarov müəyyən olunaraq saxlanılıb.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Masazır qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində məişət əşyaları və avtomobil monitoru oğurlamaqda şübhəli bilinən,  əvvəllər məhkum olunmuş 30 yaşlı K.İsmayılov saxlanılıb. 

Araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью