Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son zamanlar vətəndaşların bank kartı hesablarından vəsaitlərin oğurlanması halları nəzərəçarpacaq dərəcədə artıb.
Demək olar ki, hər gün minlərlə manat müxtəlif fırıldaqçılıq üsulları ilə hesablardan çıxarılır.
Artıq bu hal təhlükəli bir tendensiyaya çevrilməkdədir və ciddi narahatlıq doğurur.
İnformasiya texnologiyaları sahəsində ekspert Mehman Xəlilov Metbuat.az-a müsahibəsində bildirib ki, biz bu tendensiyanın qarşısını hələlik tam şəkildə ala bilmirik, çünki məsələ yalnız texnologiya ilə yox, həm də insan davranışı ilə bağlıdır: “Fırıldaqçılar texnologiyadan yox, insan psixologiyasından istifadə edirlər.
Onlar insanları qorxutmaqla, çaşdırmaqla və ya tələsdirməklə aldadırlar.
Məsələn, “kartınız bloklanıb”, yaxud “hesabınızdan pul çıxılır” deyə zəng vururlar, ya da “100000 manat məbləğində uduş qazandınız” deyə mesaj göndərirlər.
İstifadəçilər də aldanır və tələyə düşür. Digər tərəfdən, bizdə hələ də maarifləndirmə kampaniyaları sistemli deyil.