Bank kartları ilə bağlı problemlər artır

23.01.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusyada fərdlər arasında bank kartlarına edilən pul köçürmələri qayda olaraq vergiyə cəlb edilməsə də, son vaxtlar ciddi nəzarət altına alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.

Bildirilir ki, bəzi hallarda bu növ əməliyyatlar Federal Vergi Xidmətinin (FNS) diqqətini çəkə bilər.

Ekspertlər xüsusilə müntəzəm və yüksək məbləğli pul daxilolmalarının "vergiyə tabe olan gəlir" kimi qiymətləndirilə biləcəyinə diqqət çəkirlər.

Vergi qanunvericiliyinə əsasən, qohum və yaxınlardan gələn təmənnasız yardımlar, borcun qaytarılması və ya ortaq xərclər üçün edilən köçürmələr vergiyə cəlb olunmur.

Lakin kart hesabına mütəmadi olaraq bənzər məbləğlərdə pulun yatması bu əməliyyatların faktiki olaraq kommersiya fəaliyyəti və ya qeyri-leqal qazanc kimi şərh edilməsinə yol aça bilər.

Bu vəziyyətdə FNS sözügedən köçürmələrin mənbəyini araşdıra bilər.

Vergi vəkili Aleksandr Andropovun fikrincə, vergi orqanları şübhəli əməliyyatlarla bağlı məlumatları təkcə banklardan deyil, üçüncü şəxslərdən də ala bilərlər.

Məsələn, qonşular, keçmiş iş ortaqları və ya kreditorlar tərəfindən edilən şikayətlər yoxlama prosesinə təkan verə bilər.

Banklar da öz növbəsində şübhəli hərəkətləri maliyyə monitorinqi çərçivəsində hesabatlara daxil edə bilirlər.

Ekspertlər risklərdən qaçmaq üçün köçürmələrin məqsədini açıq şəkildə qeyd etməyi, borc və ianələr üçün mümkün olduqda yazılı müqavilə bağlamağı tövsiyə edirlər.

Əks halda, kart hərəkətləri vasitəsilə əldə edildiyi düşünülən gəlirlər üçün əlavə vergi, cərimə və gecikmə faizləri ilə qarşılaşmaq mümkündür.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью