Bank kartlarından oğurluqlar davam edir

24.05.2025

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

DİN vətəndaşlara müraciət edib

Mayın 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1200, 1000, 600, 500, 400, 300, 250, 200, 200, 80, 78, 75, 56, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara müraciətində bildirilib.

Müraciətdə qeyd olunub ki, naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olmaq tövsiyə edilib,

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью