Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ödəniş kartlarında artım debet kartları üzrə 20.5 faiz, kredit kartları üzrə 3.5 faiz təşkil edib 2024-cü ilin 1 noyabr tarixinə Azərbaycanda banklar və “Azərpoçt” sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 238 min ədəd artaraq 19 milyon 162 min ədəd təşkil edib.
AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) bildirilib.
Qeyd olunub ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.2% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 20.5%, kredit kartları üzrə 3.5% təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir.
Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır.
2024-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,506 mln. manat təşkil etmişdir.