Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Strateji hədəfləri arasında müasir texnoloji transformasiyanı ilk sıralarda saxlayan "Bank of Baku" maraqlı texnoloji yenilik edib.
"Unikal" xəbər verir ki, bank müştərilərə xidmət prosesində robotların dəstəyindən də faydalanacaq.
Bankın “BOBOT” adlı robotu müştərilərə xidmət göstərəcək. Robot "Bank of Baku"nun məhsulları və xidmətləri haqqında məlumat verəcək, həmçini
Məqsəd müştərilərin bank işlərini daha rahat və sürətli formada həll etməsini təmin etməkdir.
Müştərilərə davamlı ağıllı və çevik həllər təqdim etmək üçün “BOBOT”un süni intellektin tətbiqi ilə daima təkmilləşdirilməsi də nəzərdə tutulub.
Robot bankın filiallarında və biznes mərkəzlərində yerləşdiriləcək. Bank robotların sayını artırmağı da hədəfləyir.
"Bank of Baku" müştərilərə sürətli və effektiv xidmət göstərmək yolunda daima irəliləmək üçün müasir texnologiyaların bank sektoruna inteqrasiyası və xidmət prosesində istifadəsi yolundakı işlərini davam etdirir.