Bank of Baku nun aktivləri 1 milyard manatı ötdü

21.04.2025

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" 2025-ci ilin birinci rübündə 7 milyon 143 min manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti ötən ilin birinci rübü ilə müqayisədə 2 dəfə artıb.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 1 milyard 5 milyon 59 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 70 milyon 786 min manat və ya 7,6% çoxdur. 

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 777 milyon 43 min manat, depozit portfelinin həcmi isə 618 milyon 467 min manat olub. Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 16 milyon 619 min manat (2,2%) və 25 milyon 953 min manat (4,5%) çoxdur.  

Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 5 milyon 512 min manat (15,7%) artaraq 40 milyon 728 min manata, faiz xərclərinin həcmi isə 1 milyon 858 min manat (14%) artaraq 15 milyon 100 min manata yüksəlib. 

31 mart 2025-ci il tarixinə bankın məcmu kapitalı 155 milyon 165 min manat təşkil edib ki, bu da Mərkəzi Bankın məcmu kapital tələbini (50 milyon manat) 3,1 dəfə üstələyir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью