Icma.az, Oxumeni.az saytına istinadən bildirir. "Bank of China"nın keçmiş rəhbəri ölüm cəzasına məhkum edilib Dünyanın ən böyük banklarından
“Cinan şəhərinin (Şandun əyaləti - red.) Aralıq Xalq Məhkəməsi açıq hökm çıxarıb...
Keçmiş Partiya Komitəsinin katibi və Çin Bankının İdarə Heyətinin sədri Liu Liange rüşvət almasına görə edam cəzası iki il müddətinə təxirə salınmaqla və bütün şəxsi əmlakı müsadirə edilməklə ölüm cəzasına məhkum edilib,” prokurorluğun saytında bildirilib.
Bank of China ölkənin ən qədim bankıdır və "Böyük Dördlük" Çin banklarından biridir.
1942-ci ilə qədər Bank of China pul emissiyasında iştirak edən ölkənin banklarından biri idi.
Hazırda ölkənin mərkəzi bankının rolunu Çin Xalq Bankı yerinə yetirir.
Son aylarda Çində bir sıra yüksək vəzifəli bank işçiləri istintaqa cəlb edilib.
O cümlədən, oktyabr ayında Çin Xalq Bankının keçmiş sədr müavini Fan Yifei edam cəzasına məhkum edilib.