Bank Olmayan Kredit Təşkilatına 17% lə pul lazımdır ŞƏRTLƏR

04.02.2026

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lizinq, lombard krediti, istehlak kreditləri və aqro kreditlər təklif edən "Merkuri Bank Olmayan Kredit Təşkilatı" ASC istiqraz buraxılışı yolu ili 1 milyon 100 min manat cəlb edir.

Marja.az istiqrazların Emissiya Prospektinə istinadən xəbər verir ki, BOKT hər birinin nominal dəyəri 50 manat olan 22 min ədəd adlı, faizli, sənədsiz, təmin edilməmiş istiqraz buraxıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstiqrazlar üzə illik gəlirlilik dərəcəsi 17%, tədavül müddəti 5 il, faiz ödənişi dövrü hər 30 gündən birdir. 

"Merkuri BOKT" ASC-nin səhmlərinin 50%-i Səbuhi Əzizova, digər 50%- də Məmməd Məmmədova məxsusdur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью