“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır

26.02.2025

Icma.az, Tribuna saytına istinadən bildirir.

“Bank Respublika” kreditini bağlayanlara təmizlik kağızını da pulla satır.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən bank müştərisi olan Elvin Bağışov yazıb. O bildirib ki, krediti ödədikdən sonra bankdan təmizlik kağızı tələb edib. Bank isə bu kağıza görə də əlavə 30 manat ödəniş tələb ediblər:

“Cəlilabad rayonunda yerləşən “Bank Respublika”ya olan bütün kredit borcumu ödədim. Onlardan təmizlik haqqında kağız istədim, onlarsa qiyməti 30 manat dedilər. Bu nə dərəcədə doğrudur?”.

Qeyd edək ki, “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılovdur.

Tərəfləri dinləməyə hazırıq.
Nigar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью