“Bank Respublika” müştərilərinin nəzərinə Depozitlər geri çəkilir…

28.04.2025

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müştərilər üç ay ərzində “Bank Respublika”dan 135 milyon manatdan çox depoziti geri çəkiblər.

Tribunainfo.az xəbər verir ki, bu o dəməkdir ki, hər ay bu bankdan 45 milyon manat ddpozit çıxarılır.

fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.1% və ya 19.9 milyon manat azalaraq 616.4 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 16.3% və ya 115.9 milyon manat azalaraq 595 milyon 893 min manata enib.

Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk üç ayında 10.1% və ya 135.8 milyon manat manat azalaraq 1 milyard 212.2 milyon manata enib.

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью