Bank Respublika nın aktivləri 22% dən çox artıb

07.08.2025

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika 2025-ci ilin birinci yarısında (yanvar-iyun ayları) 27 milyon 899 min manat xalis mənfəət əldə edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,2% artıqdır.

2024-cü ilin yanvar-iyun aylarında bankın xalis mənfəəti 26 milyon 264 min manata bərabər idi.  

Bank Respublika-nın aktivləri isə 2024-cü ilin sonu ilə müqayisədə 481 milyon 748 min manat və ya 22,2% artaraq 30 iyun 2025-ci il tarixinə 2 milyard 658 milyon 381 min manata yüksəlib. Bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Hesabat dövründə bankın kredit portfeli 1 milyard 525 milyon 723 min manat, depozit portfeli isə 1 milyard 429 milyon 680 min manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью