Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bankların kredit və depozit faizləri əhalinin maliyyə qərarlarına və bank sektorundakı aktivliyə birbaşa təsir edən əsas göstəricilərdən biridir. Xüsusilə kredit faizləri borclanmanın əlçatanlığını, depozit faizləri isə əhalinin vəsaitlərini banklarda saxlamaq marağını müəyyənləşdirir.
Bu səbəblə bankların kredit və depozit faizlərini araşdırırıq. Bu dəfə Bank Respublika-da kredit və depozit məhsulları üzrə faiz dərəcələrini təqdim edirik.
Bankın Müddətli əmanət məhsulu üzrə faizləri aşağıdakı kimidir:
Müddətli əmanət üzrə (manat):
6-11 ay: Aylıq 5%, müddətin sonunda: 6%
12-17 ay: Aylıq 8%, müddətin sonunda: 8,5%
18-23 ay: Aylıq 8,5%, müddətin sonunda: 9,5%
24-36 ay: Aylıq 9%, müddətin sonunda: 9,75%
Müddətli əmanət üzrə (dollar):
3-11 ay: Aylıq 3%, müddətin sonunda: 3%
12-18 ay: Aylıq 3,5%, müddətin sonunda: 3,5%
19-23 ay: Aylıq 3,5%, müddətin sonunda: 3,5%
24-36 ay: Aylıq 3%, müddətin sonunda: 3,25%
Nağd kredit
Bank nağd pul kreditini 10%-dən başlayan faizlərlə təklif edir. Məbləğ 50 000 AZN-dək, müddət 3-59 ay, komissiya isə min. 1%-dir. Bank 40 0000 AZN-dək zaminsiz kredit təklif edir.
Bizi sosial şəbəkələrdən izləyin!!