Bank Respublikada komissiya gəlirləri azaldı

22.09.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Bank Respublika 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə göstəricilərini təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, bankın əsas gəlir mənbələrində artım meyli davam edib.

Cari ilin ilk yarısında bankın faiz gəlirləri 159,2 milyon manat təşkil edib. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,4 milyon manat (15,5%) çoxdur. Ötən ilin eyni dövründə sözügedən göstərici 137,8 milyon manat səviyyəsində olmuşdu. Pepperoni pizza

Maliyyə təşkilatının xarici valyuta əməliyyatlarından qazancı da yüksəlib. Yanvar-iyun aylarında bu istiqamətdən əldə olunan xalis gəlir 51,2% (2,8 milyon manat) artaraq 8,1 milyon manata çatıb.

Bununla yanaşı, haqq və komissiya gəlirlərində müəyyən geriləmə müşahidə olunub. Hesabat dövründə bank 12,8 milyon manat komissiya gəliri əldə edib ki, bu da illik müqayisədə 1,3 milyon manat və ya 8,9% azdır.

Dövr ərzində bankın faiz xərcləri (ödənilmiş faizlər) 15,9% yüksələrək 63,4 milyon manat olub (ötən il 54,7 milyon manat). Ödənilmiş haqq və komissiya xərcləri isə 4,7% artımla 11,8 milyon manat təşkil edib.

Nəticə etibarilə, Bank Respublikanın digər əməliyyat gəlirləri 44,2 milyon manat, analoji xərcləri isə 22,6 milyon manat olaraq rəsmiləşib.

Cəlalə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью