Bank sektoru “sabit”dən “müsbət”ə yüksəlib

05.02.2025

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini (BICRA) “sabit”dən “müsbət”ə yüksəldib. Agentlik bununla bağlı yaydığı məlumatda belə bir dəyərləndirməni maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin təkmilləşdirilməsi təşəbbüslərinin reallaşdırılması ilə əlaqələndirib.

“S&P”nin proqnozuna görə, ölkədə bu fəaliyyətin səmərəli şəkildə davam etdirilməsi gələcəkdə Azərbaycanda banklara nəzarət və tənzimləməni daha da gücləndirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью