Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır. 2024-cü ilin nəticələri göstərir ki, Azərbaycanın bank sektorunun maliyyə göstərici
Tribunainfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev bildirib.
O qeyd edib ki, ötən il Gürcüstan bankları $1,1 milyard, Ermənistan bankları $914 milyon xalis mənfəət əldə etdikləri halda Azərbaycanda bu göstərici $614 milyon olub: “Aktivlərin və kreditləşmənin həcminə gəlincə, Azərbaycan bu göstəricilər üzrə Ermənistanı qabaqlasa da Gürcüstandan geri qalır.
Gürcüstan banklarında aktvlərin həcmi $34 milyard, Ermənistanda $27.7 milyard, Azərbaycanda isə $31,2 milyard olub.
Kreditləşmənin həcmi isə müvafiq olaraq $21,5 milyard, $15,8 milyard və $16.2 milyard olub.
Azərbaycan yeganə olaraq depozitlərin həcminə görə hər iki ölkəni qabaqlayır”.
İqtisadçı bildirib ki, Azərbaycan bankları hətta kapitallaşma səviyyəsinə ($3,9 milyard) görə Gürcüstan ($5,1 milyard) və Ermənistandan ($4,5 milyard) geri qalır: “Uyğun olaraq ROE və ROA göstəricilərinə görə də uduzuruq.
Məlumat üçün bildirim ki, Azərbaycan iqtisadiyyatı Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyükdür.