Bank sektorunda çalışanların sayı artmaqda davam edir

29.09.2025

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlin əvvəlindən Azərbaycanın bank sektorunda çalışanların sayı 5.4% və ya 1372 nəfər artaraq 31 avqust 2025-ci il tarixində 26 min 735 nəfər təşkil edib.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2025-ci ilin yanvar-avqust dövrü üzrə Statistik bülletenində bildirilir.

Müqayisə üçün qeyd edək ki, 31 avqust 2024-cü il tarixində bank sektorunda çalışanların sayı 24 min 523 nəfər təşkil etmişdi. 

31 avqust 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 498, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 min 379 olmuşdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью