Bank sektorunda ən iri kredit portfeli Bakıda formalaşıb

29.08.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Avqustun 1-i tarixinə Azərbaycanda bank sektorunda ən çox kredit qoyuluşu Bakı şəhəri üzrə reallaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.

Bildirilib ki, cari ilin yanvar-iyul aylarında paytaxta 21 milyard 742 milyon 888 min manat məbləğində kredit qoyulub.

Bank sektorunun regionlar üzrə kredit qoyuluşunda ikinci sırada 1 milyard 152 milyon 34 min manatla Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb.

Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 849 milyon 575 min manat, Lənkəran-Astara iqtisadi rayonu üzrə 671 milyon 652 min manat, Mərkəzi Aran iqtisadi rayonu üzrə isə 580 milyon 224 min manat məbləğində kredit qoyulub.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью