Bank sektorunda unikal müddətli əmanətçilərin sayı 170 min nəfəri ötüb

29.08.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin avqust ayının 1-nə Azərbaycanın bank sektorunda unikal müddətli əmanətçilərin sayı 173 min 702 nəfər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 5529 nəfər, ilin əvvəli ilə müqayisədə isə 23 min 183 nəfər artıb.

Qeyd edək ki, unikal müddətli əmanətçi – bankda müddətli əmanət yerləşdirən və bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxsdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью