Icma.az, Marja.az saytına istinadən bildirir.
2026-cı ilin yanvar – iyul aylarında (7 ay ərzində) banklar 858.7 milyon manat xalis mənfəət, 1 milyard 307.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20.4% və 25.8% daha çox).
Bu barədə Marja.az Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten İyul/2026" buraxılışını istinadən xəbər verir.
Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 213.4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Xatırladaq ki, 2025-ci ilin yanvar – iyul aylarında banklar 682.8 milyon manat xalis mənfəət, 1 milyard 85.9 miluon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin 7 ayında banklar tərəfindən ümumilikdə 165.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdi.