Bank sektrounun aktivləri 62 mlrd. manatı ötüb

25.09.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bu il sentyabr ayının 1-nə Azərbaycanın bank sektorunun cəmi aktivləri 62 milyard 475.9 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 12,2% çoxdur.

Həmin dövrə bankların cəmi öhdəlikləri 54 milyard 722.7 milyon manat, balans kapitalı 7 milyard 753.2 milyon manat olub. Avqust ayında bankların cəmi aktivləri 2.5%, cəmi öhdəlikləri 2.6%, balans kapitalı isə 1.4% artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью