Bank yeni Baş Ofisini təqdim edib 1100 dən çox əməkdaş üçün nəzərdə tutulub

29.06.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

PAŞA Bank 19-cu fəaliyyət ilində yeni Baş Ofisinin təqdimatını keçirib.

Marja.az xəbər verir ki, 16 min kvadratmetrdən artıq sahəni əhatə edən yeni ofis layihəsi 10 ay ərzində tamamlanıb. Layihə müasir iş prinsiplərinə uyğun olaraq əməkdaşlıq, çeviklik və innovasiyanı dəstəkləyən iş mühitinin yaradılması məqsədilə hazırlanıb.

Təqdimat çərçivəsində qonaqlar PAŞA Bankın yeni Baş Ofisi ilə tanış olub, layihənin konsepsiyası, funksional imkanları və əməkdaş təcrübəsinə yönəlmiş yanaşma barədə məlumat əldə ediblər.

Yeni Baş Ofis 1100-dən çox əməkdaş üçün nəzərdə tutulub. Bankın məlumatına görə, bu məkan PAŞA Bankın insan kapitalına, davamlı inkişafına və gələcəyə yönəlmiş baxışına etdiyi investisiyanın növbəti göstəricisidir.

Yeni ofisin istifadəyə verilməsi PAŞA Bankın korporativ inkişaf strategiyasında mühüm mərhələ kimi qiymətləndirilir. Müasir infrastrukturun yaradılması bankın əməkdaşlar üçün daha funksional, çevik və innovativ iş mühiti formalaşdırmaq hədəfinə xidmət edir.

PAŞA Bankın yeni Baş Ofisi Bakı Ağ Şəhərdə, Mərkəzi Bulvar küçəsində yerləşir. 

İş elanları AzVak.az-da

Bu gönderiyi Instagram'da gör

Life@PASHAGroup (@lifeatpashagroup)'in paylaştığı bir gönderi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью