Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bank kreditləri üzrə borcun ödənilməməsi hallarında bankın borclu ilə əlaqə saxlaması və öhdəliyin yerinə yetirilməsini tələb etməsi mümkündür. Lakin bəzi hallarda bank əməkdaşlarının borclunun qohumlarına və ya iş yerinə kredit borcu barədə məlumat verməsi məsələsi hüquqi suallar yaradır.
Bəs bank müştərinin kredit borcunu üçüncü şəxsdən tələb edə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Vəfa Qədirova bildirib ki, bank borcu istənilən üçüncü şəxsdən tələb edə bilməz və borclunun kredit borcu barədə məlumatı onun qohumuna və ya iş yerinə açıqlaya bilməz.
Onun sözlərinə görə, burada iki məsələni ayırmaq lazımdır: borcun kimdən tələb oluna bilməsi və borc barədə məlumatın kimə açıqlana bilməsi:
"Kredit üzrə borclu bank qarşısında müqavilə əsasında öhdəlik daşıyan şəxsdir. Lakin üçüncü şəxs kredit öhdəliyinin icrasına dair ayrıca öhdəlik götürübsə, o zaman bank həmin şəxsdən pul tələb edə bilər. Buna görə də bankla həmin üçüncü şəxs arasında müqavilə olmalıdır.
Bundan başqa, zamin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin tam və ya qismən icrasına görə məsuliyyəti üzərinə götürübsə, bank borcu zamindən tələb edə bilər. Həmçinin, üçüncü şəxsin əmlakı girov və ya ipoteka ilə təminat kimi təqdim edilibsə, qanunda və müqavilədə nəzərdə tutulan qaydada həmin təminata yönəlmə məsələsi yarana bilər.
“Banklar haqqında” Qanunun 41-ci maddəsinə görə müştəri haqqında məlumatlar bank sirri təşkil edir. Bank sirrini təşkil edən məlumatlar üçüncü şəxslərə verilə bilməz.
Borclunun iş yerinə və ya yaxınlarına “kredit borcunun olması barədə” məlumat vermək, əgər bunun qanuni əsası və ya borclunun müvafiq razılığı yoxdursa, bank sirri və fərdi məlumatların qorunması baxımından ciddi problem yarada bilər.
Bu halda bank sirrinin açıqlanmasına görə məsuliyyət nəzərdə tutulur və bank sirri qanunsuz açıqlanaraq müştərinin hüquqları pozulubsa, müştəri dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Həmçinin fərdi məlumatların qanunsuz verilməsi nəticəsində hüquqları pozulan şəxs məhkəməyə müraciət edə, maddi və mənəvi ziyanın ödənilməsini tələb edə bilər.
Bank sirri barədə məlumatlar yalnız şəxsin özünə və ya məhkəmə qərarı əsasında verilə bilər”, - deyə vəkil fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bəs bank müştərinin kredit borcunu üçüncü şəxsdən tələb edə bilərmi?