Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
"AFB Bank" ASC istiqraz yerləşdirilməsi yolu ilə 5 milyon manat cəlb etməyə hazırlaşır.
Marja.az Baza emissiya prospektinə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 50 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxılır.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 13%, tədavül müddəti 24 ay, faizlərin ödənişi periodu hər 3 aydan birdir.
İtiqrazların ilkin yerləşdirilməsi abunə yazılışı formasında kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC -nin ticarət platforması üzərindən həyata keçiriləcəkdir. Buraxılışın anderrayteri qismində “Assist Finane İnvestisiya Şirkəti” ASC çıxış edəcəkdir.